Yuxarı

ANAMA: “Araz” zavodunun ərazisində 467 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO

Agentlik Ağdam, Tərtər və Şirvanda partlamamış hərbi sursatlar haqqında hesabat yayıb

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 1-də Ağdam, Tərtər rayonları və Şirvan şəhərlərində partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

 ANAMA-dan "Report"a daxil olan məlumata görə, Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Bir avqust tarixində 1 əkin sahəsi, kənd yolu, 8 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 12 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 01 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 468 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Şirvan şəhəri Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar zavod və ətraf ərazilərdə davam edən təmizləmə əməliyyatları barədə:

1 avqust 2016-cı il tarixində 400 000 kv.m ərazi təmizlənib və 467 ədəd müxtəlif növ və çaplı partlamamış hərbi sursat aşkar olunub və zərərsizləşdiriməsi üçün götürülüb. Ümumiyyətlə, 6 gün ərzində 1 972 100 kv. m ərazi təmizlənib və 3 236 ədəd müxtəlif növ və çaplı partlamamış hərbi sursat aşkar olunub və zərərsizləşdiriməsi üçün götürülüb. Bununla yanaşı, 117 ev və şəhər ərazisində 1 256 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi