26 iyun - Silahlı Qüvvələr günü münasibətilə silsilə tədbirlər keçirilir - FOTO

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə silsilə tədbirlər keçirilir - FOTO 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə silsilə tədbirlər keçirilir
Hərbi
26 İyun , 2016 17:52
26 iyun - Silahlı Qüvvələr günü münasibətilə silsilə tədbirlər keçirilir - FOTO

Bakı. 26 iyun. REPORT.AZ/ 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

"Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə nazirinin göstərişinə əsasən təsdiq olunmuş plan üzrə bayramla əlaqədar tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilir, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni- kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilir.

Son xəbərlər

Orphus sistemi