​Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbirlər keçirilib

​Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbirlər keçirilib Yarışda mövzu üzrə biliklərini nümayiş etdirən "topçular" birinci, "şahinlər" ikinci, "aslanlar" isə üçüncü yerə layiq görülüblər
Hərbi
9 Mart , 2015 14:46
​Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbirlər keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində və Cəmşid Naxçıvanski adına hərbi liseydə general Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyi ilə bağlı viktorinalar keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim və Tədris Mərkəzində "Əlağa Şıxlinski haqqında nə bilirik" mövzusunda keçirilən viktorinaya zabit ixtisas taborunu dinləyici leytenentları cəlb olunublar. Viktorina 3 tur üzrə "aslanlar", "tankçılar", "şahinlər" və "topçular" komandaları arasında təşkil olunub.

Viktorinada qaliblərin fərqlənməsi və seçilməsi məqsədilə polkovnik Nazim Əhmədov, kinorejissor Ziya Şıxlinski, Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi, Bakı Dövlət Universitetinin dosenti tarix üzrə fəlsəfə doktoru Nuru Məmmədov, polkovnik-leytenant Əbülfət Xəlilov və mayor Emin Əlizamanovdan ibarət münsiflər heyəti təyin olunub.

Keçirilən yarışda mövzu üzrə biliklərini nümayiş etdirən "topçular" birinci, "şahinlər" ikinci, "aslanlar" isə üçüncü yerə layiq görülərək mükafatlandırılıblar.

Tədbir general Əlağa Şıxlinski haqqında çəkilmiş "Artilleryanın allahı sayılırdı" filminin nümayişi ilə başa çatıb.

Belə yarışlardan biri də Cəmşid Naxçıvanski adına hərbi liseydə təşkil olunub. Hərbi liseyin kurslarının ən güclü tağımları viktorinada öz biliklərini sınayıblar.

Viktorinanın nəticələrinə görə 2-ci kurs birinci yerə, 1-ci kurs ikinci yerə, 3-cü kurs isə üçüncü yerə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi