Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 23-də müdafiə naziri general-polkovnik
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində tədris, təlim, praktiki məşğələlər üçün yaradılan Simulyasiya Mərkəzi, tədris laboratoriyası, kompyuter sinfi, kitabxana, həmçinin yataqxana kompleksi ilə tanış olublar.
Qeyd olunub ki, hərbi tibb fakültəsində yeni yaradılan Simulyasiya Mərkəzi dünyanın qabaqcıl ölkələrində istehsal olunan müasir tədris vasitələri-manikenlər (mulyaj) ilə təchiz edilib. Bu manikenlər üzərində fakültənin kursant və rezidentlərinə magistral damarların pulsasiyası, pataloji ürək tonları, ürək ritminin və ağciyər tənəffüsünün pozulması halları, həmçinin torokosintez, traxeyanın intubasiyası, plevra boşluğunun drenaj edilməsi, venapunksiya kimi əməliyyatlar öyrədilir. Bu tədris vasitələrinin köməkliyi ilə gələcək hərbi həkimlər yüksək praktik vərdişlərə yiyələnəcəklər.
Sonra brifinq salonunda şəxsi heyətlə görüş keçirilib.
Tibb Baş İdarəsinin rəisi general-mayor
Ölkəsinin hərbi tibb tarixi haqqında məlumat verən korpus generalı Ö.Paç Azərbaycana səfərindən şərəf duyduğunu, dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi hərbi tibb istiqamətində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim genişləndiyini vurğulayıb.
Tibb Universitetinin rektoru
Müdafiə naziri general-polkovnik Z.Həsənov Prezidenti
Müdafiə naziri son vaxtlar cəbhədəki gərgin vəziyyətə, düşmənin təxribat törətmək cəhdlərinə diqqət yetirərək hərbi tibb mütəxəssislərinin dərin biliklərə, geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib: "Hər bir hərbi həkim bilməlidir ki, şəxsi heyətin sağlamlığı, əsgərə ilkin tibbi yardımın göstərilməsi döyüş tapşırığına, ümumilikdə döyüş hazırlığına təsir edən əsas faktorlardan biridir. Məhz bu səbəbdən də torpaqlarımızı işğaldan azad etməyə hazır olan Silahlı Qüvvələrimizdə xidmət edən hərbi həkimlərimizin döyüş meydanında rolu əvəzsizdir və danılmazdır".
Sonra müdafiə naziri general-polkovnik Z.Həsənovun və korpus generalı Ö.Paçın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.