Zakir Həsənov Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub

Zakir Həsənov Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub
Hərbi
49283
17 Fevral , 2019 18:09
Zakir Həsənov Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub

Bakı. 17 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən Türkiyə Respublikasının Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Z.Həsənov şirkətlərin rəhbərləri ilə görüşərək iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Müdafiə naziri hərbi sahədə birgə layihələrin hər iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.