Zakir Həsənov: "Tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur"

Zakir Həsənov: "Tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur" Bu gün bizim bütün hərbi hissələrimizin öz təlim mərkəzi, trenajor zalları var. Yəni ki, hərbi hissənin daxilində hərbçilərimiz öz döyüş hazırlıqlarını davam etdirirlər. Bununla bağlı heç bir problem yoxdur.
Hərbi
21 İyun , 2020 23:04
Zakir Həsənov: Tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur

"Bu gün bizim bütün hərbi hissələrimizin öz təlim mərkəzi, trenajor zalları var. Yəni ki, hərbi hissənin daxilində hərbçilərimiz öz döyüş hazırlıqlarını davam etdirirlər. Bununla bağlı heç bir problem yoxdur".

"Report" xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" tv-yə müsahibəsində deyib.

"Pandemiya şəraitini nəzərə alaraq bəzi tədbirlər planında düzəlişlər etmişik. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrini yerinə yetiririk. Amma pandemiya şəraiti bu gün Azərbaycan Ordusunun döyüş hazırlığına təsir göstərmir. Təlimlərimiz davam edir, necə deyərlər, tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur", - Müdafiə naziri bildirib.

Son xəbərlər

Orphus sistemi