Zakir Həsənov Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Zakir Həsənov Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO Bakı. 29 mart. REPORT.AZ/ Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Hərbi
29 Mart , 2018 13:52
Zakir Həsənov Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Bakı. 29 mart. REPORT.AZ/ Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

"Report" xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli də iştirak edib. 

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi