Zakir Həsənov Qazaxıstanın Müdafiə Universitetində olub

Zakir Həsənov Qazaxıstanın Müdafiə Universitetində olub Azərbaycanla Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var
Hərbi
4 Noyabr , 2015 16:10
Zakir Həsənov Qazaxıstanın Müdafiə Universitetində olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Qazaxıstana rəsmi səfəri davam edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Müdafiə Universitetində olub. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, İmitasiya Modelləşdirmə Mərkəzində olub. General-polkovnik Zakir Həsənov fakültələrdə tədrisin təşkili ilə maraqlanıb və universitet haqqında təqdim edilən brifinqlə də tanış olub.

Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanan görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi