Zakir Həsənov: "Ordu quruculuğu prosesi yüksələn templə, davamlı olaraq həyata keçiriləcək"

Zakir Həsənov: "Ordu quruculuğu prosesi yüksələn templə, davamlı olaraq həyata keçiriləcək" Bu il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilib.
Hərbi
28 Dekabr , 2019 16:57
Zakir Həsənov: Ordu quruculuğu prosesi yüksələn templə, davamlı olaraq həyata keçiriləcək

"Bu il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir vurğulayıb ki, hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edilib:

"Ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olunub və hazırda bir sıra obyektlərin inşası davam etdirilir. Sadaladıqlarımız il ərzində hərbi hissələrdə yerinə yetirilən işlərin az bir qismidir və əminliklə deyə bilərəm ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet elan edilmiş ordu quruculuğu prosesi yüksələn templə, davamlı olaraq həyata keçiriləcək, Azərbaycan Ordusu növbəti illərdə də bir çox uğurlara imza atacaqdır".

Son xəbərlər

Orphus sistemi