Zakir Həsənov Azərbaycan-Türkiyə birgə təlimlərini izləmək üçün Naxçıvana gedib

Zakir Həsənov Azərbaycan-Türkiyə birgə təlimlərini izləmək üçün Naxçıvana gedib Müdafiə naziri Türkiyənin ordu generalı Ümit Dündarla görüşüb
Hərbi
15 May , 2015 11:12
Zakir Həsənov Azərbaycan-Türkiyə birgə təlimlərini izləmək üçün Naxçıvana gedib

Bakı. 15 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır. "Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Məlumatda qeyd olunub ki, müdafiə naziri təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyənin 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə təlimlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin vacibliyi, hərbi əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.

Sonra müdafiə naziri və türkiyəli qonaqlar Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə, Şəhidlər Xiyabanına, türk şəhidliyinə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi