Zakir Həsənov Moskvada Azərbaycan stendinə baxış keçirib

Zakir Həsənov Moskvada Azərbaycan stendinə baxış keçirib Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyada keçirilən 6-cı Beynəlxalq hərbi oyunlar çərçivəsində təşkil olunan Azərbaycan stendi ilə tanış olub.
Hərbi
1884
5 Sentyabr , 2020 15:37
Zakir Həsənov Moskvada Azərbaycan stendinə baxış keçirib

Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Rusiyada keçirilən 6-cı Beynəlxalq hərbi oyunlar çərçivəsində təşkil olunan Azərbaycan stendi ilə tanış olub.

"Report"un Rusiya bürosunun məlumatına görə, səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri sentyabrın 4-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində MDB, KTMT və Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclasında iştirak edib.

Bu gün isə nazir "Tank biatlonu" Beynəlxalq Ordu İdman oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.

Son xəbərlər

Orphus sistemi