Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə yeni yaşayış komplekslərinin açılışını edib - FOTO - VİDEO

Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə yeni yaşayış komplekslərinin açılışını edib - FOTO - VİDEO Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Hərbi
30 Yanvar , 2019 20:05
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə yeni yaşayış komplekslərinin açılışını edib - FOTO - VİDEO

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa edilmiş yaşayış komplekslərinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ərazidəki əsgər yataqxanalarında, yeməkxanalarda, sinif otaqlarında, tibb məntəqələrində, mətbəxlərdə, qazanxanlarda, anbarlarda, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Müdafiə naziri hərbi hissələrin silahlanmasında olan döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Son xəbərlər

Orphus sistemi