Zakir Həsənov Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin nümayəndə heyəti ilə görüşüb

Zakir Həsənov Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin nümayəndə heyəti ilə görüşüb Mayın 7-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin professoru David Ellerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
7 May , 2019 16:16
Zakir Həsənov Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin nümayəndə heyəti ilə görüşüb

Mayın 7-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin professoru David Ellerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, kollecdə təhsil alan Böyük Britaniya, Malayziya, Keniya, Oman, Qətər, Küveyt, ABŞ, Kolumbiya, Cənubi Koreya, Çin və digər ölkələrin ali rütbəli zabitləri, diplomatlar və dövlət qulluqçularının təmsil olunduğu heyəti salamlayan Müdafiə naziri onlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, habelə ölkəmiz tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verilən töhfə və digər məsələlər barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq proqramları, xüsusi ilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini də görüş iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri xatırladıb ki, Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kolleci tərəfindən təşkil olunan kurslarda 2012-ci ildən Azərbaycan Ordusunun zabitləri də fəal iştirak edirlər. General-polkovnik Z.Həsənov bu istiqamətdə göstərilən dəstəyə görə Britaniya tərəfinə təşəkkürünü bildirib.

Professor D.Elleri də öz növbəsində kollecin fəaliyyəti barədə məlumat verərək təşkil edilən kursların vacibliyi və bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq səmimi qəbula görə heyət üzvləri adından Müdafiə nazirinə minnətdarlığını bildirib.

Görüş zamanı general-polkovnik Z.Həsənov qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi