Yerin altındakı düşməni axtaranlar - mühəndis-istehkam hərbi hissəsindən - FOTOREPORTAJ

Yerin altındakı düşməni axtaranlar - mühəndis-istehkam hərbi hissəsindən - FOTOREPORTAJ 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin mühəndis-istehkam hərbi hissəsinə mediatur təşkil olunub.
Hərbi
23 İyun , 2022 11:31
Yerin altındakı düşməni axtaranlar - mühəndis-istehkam hərbi hissəsindən - FOTOREPORTAJ

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin mühəndis-istehkam hərbi hissəsinə mediatur təşkil olunub.

“Report”un xəbərinə görə, mediatur çərçivəsində KİV nümayəndələri üçün mühəndis təminatı barədə treninq keçirilib, jurnalistlərə mühəndis-istehkam texnikaları barədə əyani məlumatlar verilib.

Azərbaycan Ordusunun polkovniki Mehman Daşdəmirov jurnalistlərlə söhbətində mühəndis-istehkam bölmələri haqqında danışıb. O bildirib ki, Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri Vətən müharibəsində qazanılan qələbəyə mühüm töhfələr verib:

“Həm müharibə, həm də hazırkı dövrdə fasiləsiz hərəkət üçün manevr, təxliyə və daşıma yollarının hazırlanmasında, düşmənin canlı qüvvə və obyektlərinin mühəndis kəşfiyyatında, erməni işğalçıların 30 il ərzində ərazidə qurduğu keçilməz maneələrin aşılmasında, müharibədən sonrakı dövrdə mina və partlamamış sursatların təmizlənməsində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin xüsusi rolu olub.

Qeyd etmək istəyirəm ki, azad olunmuş ərazilərdə 10 noyabr 2020-ci il tarixindən bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 20 min hektardan çox ərazini minlardan təmizlənib, 18 minə yaxın partalamamış hərbi sursat, piyada və tank əleyhinə minanı zərərsizləşdirilib. Bununla yanaşı, bölmələrimizin fasiləsiz hərəkəti üçün 800 km-ə yaxın yeni yol hazırlanıb, döyəclənərək istifadəyə verilib”.

“Onu da bildirim ki, bu hərbi şəhərcikdə gördüyünüz texnikalardan müharibədən sonra da istifadə olunur”, - M.Daşdəmirov vurğulayıb.

Daha sonra hərbi hissədə jurnalistlər mühəndis-istehkam bölüyünün məişət şəraiti ilə tanış olublar.

Bundan başqa, hərbi texnikalar vasitəsi ilə ərazilərin minalardan təmizləməsi prosesi izlənilib.

Son xəbərlər

Orphus sistemi