Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib

Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin planına əsasən, qoşun növlərinin, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.
Hərbi
24 iyun 2023 13:45
Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin planına əsasən, qoşun növlərinin, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin N hərbi hissəsində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, hərbi hissənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının xidməti sənədləri üzrə təkmilləşdirmə məşğələləri təşkil olunub.

Toplanışın keçirilməsində əsas məqsəd yanğından mühafizə komandalarının rəislərinin bilik səviyyəsini artırmaq, hərbi obyektlərdə baş verə biləcək hər hansı yanğına qarşı praktiki vərdişləri aşılamaqdır.

Son xəbərlər

Orphus sistemi