Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib
Hərbi
10 Aprel , 2021 11:54
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

On iki dövlətin hərbi attaşelik aparatının 15 nümayəndəsinə hərbi hissə, eləcə də HHQ-nin Vətən müharibəsində həyata keçirdiyi fəaliyyəti haqqında brifinq verilib və onların sualları cavablandırılıb.

Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi