Bu günlərdə Ukrayna Ordusu və Rusiya Silahlı Qüvvələri ilə qızğın döyüşlərin getdiyi Nikolayev vilayətində işğalçı qüvvələrə məxsus xeyli sayda texnika məhv edilib.
“Report”un Şərqi Avropa bürosu Nikolayevin azad olunan ərazilərindən fotoreportaj hazırlayıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç martın 5-də açıqlama verərək Rusiya hərbçilərinin Nikolayev vilayətinin ərazisindən çıxarıldığını bildirib.
Rusiyaya aid helikopter, tank, hərbi yük maşını və digər texnikaların görüntülərini təqdim edirik:









