Türkiyənin Müdafiə Nazirliyi Naxçıvandakı təlimlərlə bağlı açıqlama yaydı

Türkiyənin Müdafiə Nazirliyi Naxçıvandakı təlimlərlə bağlı açıqlama yaydı Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.
Hərbi
7 Sentyabr , 2020 17:29
Türkiyənin Müdafiə Nazirliyi Naxçıvandakı təlimlərlə bağlı açıqlama yaydı
0 : 00
0 : 00

Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

“Qəhrəman əsgərlərimizin hədəfləri tam dəqiqliklə məhv etdiyi taktiki təlimlərin xüsusi müşahidəçi günü Naxçıvanda gerçəkləşdirilib”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 5-də Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.

Son xəbərlər

Orphus sistemi