Türkiyənin bir qrup zabit heyətinin Azərbaycana səfəri başa çatıb

Türkiyənin bir qrup zabit heyətinin Azərbaycana səfəri başa çatıb Qonaqlar Azərbaycan xalqının zəngin mədəni irsi, Bakının qədim tarixi abidələri haqqında məlumatlandırılıb
Hərbi
14 İyul , 2017 12:51
Türkiyənin bir qrup zabit heyətinin Azərbaycana səfəri başa çatıb
Mod.gov.az

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı müdafiə nazirinin əmrinə əsasən Azərbaycanda səfərdə olan Türkiyənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama əsasən Bakıda səfərdə olan qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət ediblər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Xalçaçılıq muzeyinə baş çəkərək burada toplanan zəngin sənət nümunələri ilə tanış olublar.
Qonaqlar Azərbaycan xalqının zəngin mədəni irsi, Bakının qədim tarixi abidələri haqqında məlumatlandırılıb, son illər Bakıda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, ongünlük səfər çərçivəsində Bakı, Gəncə, Şəki, Göygöldə olan türkiyəli zabitlər və onların ailə üzvləri xoş təəssüratlarla vətənə dönüblər.

Son xəbərlər

Orphus sistemi