​Türkiyəli general Azərbaycanda medalla təltif olunub

​Türkiyəli general Azərbaycanda medalla təltif olunub Hasan Nevzat Taşdelerin səlahiyyət müddəti bitib
Hərbi
1098
10 Avqust , 2015 18:06
​Türkiyəli general Azərbaycanda medalla təltif olunub

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə “Report”a DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi