Zakir Həsənov: "Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri uğurla başa çatıb"

Zakir Həsənov: "Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri uğurla başa çatıb" "Ortaq hərbi təlimlərimiz şəxsi heyət arasındakı əməkdaşlıq və qardaşlığı daha da inkişaf etdirir".
Hərbi
11 May , 2023 17:14
Zakir Həsənov: Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri uğurla başa çatıb

"Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri şəxsi heyət arasındakı əməkdaşlıq və qardaşlığı daha da inkişaf etdirir".

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

Z.Həsənov bildirib ki, Hərbi Hava Qüvvələrinin pilotları vəzifələrini uğurla başa çatdırıblar: “Qarsda keçirilən “Heydər Əliyev-2023” təlimləri hərbi əməkdaşlığımızın ən parlaq nümunəsidir. "Anadolu Qartalı-2023” təlimlərində Azərbaycan Ordusu 47 nəfərlik şəxsi heyət, 2 hərbi təyyarə, Qarsdakı təlimdə isə 94 nəfərlik şəxsi heyət və 27 nəqliyyat vasitəsi iştirak etdi. Hər iki təlimin uğurla başa çatdırılması münasibətilə şəxsi heyəti təbrik edirəm".

Nazir xatırladıb ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan xalqı qardaş ölkənin kədərini paylaşıb: "Zəlzələ nəticəsində həlak olanlara Allah rəhmət eləsin, onların yaxınlarına başsağlığı verirəm. 44 günlük müharibə zamanı Azərbaycanın yanında olan Türkiyəyə hər cür yardımı göstərmək üçün xalqımız və dövlətimiz zəlzələ zamanı səfərbər oldu. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrindən də Türkiyəyə yardıma göndərilənlər var idi".

Son xəbərlər

Orphus sistemi