Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır

Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin iştirakı ilə keçirdiyi “Efes-2022” təliminin növbəti mərhələsi iyunun ikinci həftəsində keçiriləcək.
Hərbi
29 May , 2022 12:49
Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin iştirakı ilə keçirdiyi “Efes-2022” təliminin növbəti mərhələsi iyunun ikinci həftəsində keçiriləcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Egey bölgəsində ABŞ helikopterləri, haubitsaları və zirehli texnikası, həmçinin İtaliya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Pakistan, Albaniya, Qazaxıstan, Qırğızıstanın hərbçiləri, ABŞ helikopteri və desant gəmisi iştirak edəcək.

Təlimə 37 ölkədən mindən çox əcnəbi hərbçi qatılacaq. Egey bölgəsindəki ən böyük müştərək manevr olan “Efes-2022” cari ildə Türkiyə Silahlı Qüvvələrinin bölmələri və ümumilikdə 10 mindən çox şəxsi heyətin iştirakı planlaşdırılır.

2016-cı ildə 8 ölkənin, 2018-ci ildə isə 20 ölkə iştirak etdiyi halda, bu il 37 ölkənin qatılacağı “Efes-2022” ən iri miqyaslı təlim olacaq.

Son xəbərlər

Orphus sistemi