Türkiyənin Milli Müdafiə Universitetində Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar keçirilib

Türkiyənin Milli Müdafiə Universitetində Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar keçirilib Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında 10-cu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının Protokolu”na əsasən, İstanbulda - Türkiyənin Milli Müdafiə Universitetində Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar keçirilib.
Hərbi
1 Mart , 2019 17:09
Türkiyənin Milli Müdafiə Universitetində Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında 10-cu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının Protokolu”na əsasən, İstanbulda - Türkiyənin Milli Müdafiə Universitetində Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin zabiti, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bu mövzularda tədbir iştirakçılarına ətraflı məlumat verib.

Türk dilində təqdimat slaydlarından və əyani vasitələrdən geniş şəkildə istifadə edilməsi təqdimatçı və auditoriya arasında fikir mübadiləsinin daha səmərəli keçməsinə səbəb olub.

O, Qarabağın tarixi, ermənilərin Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də Qarabağın dağlıq hissəsinə köçürülməsinin səbəbləri, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək, onu itaətdə saxlamaq, öz mövqelərini möhkəmləndirmək istəyən çar Rusiyasının XVIII əsrin sonlarından başlayaraq Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməsi, “Böyük Ermənistan” dövləti yaradılması üçün ermənilərə maddi və mənəvi dəstək verməsi, son 200 ildən çox bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin mərhələləri, havadarlarına arxalanan erməni-şovinist qüvvələrinin, “Armenakan”, “Qnçaq”, “Daşnaksütyün” partiyalarının təhriki ilə törədilən qətliamlar, soyqırımlar, Türkiyə və Azərbaycanın görkəmli şəxsiyyətlərinə qarşı terrorlar, o cümlədən, XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımım səbəbləri, nəticələri və dünyada tanıdılması istiqamətində görülən beynəlxalq əhəmiyyətli tədbirlər barədə təqdimatı 17 ölkəni təmsil edən yüksək rütbəli zabitlər, generallar və professor-müəllimlər tərəfindən həyəcanla dinlənilib, onlarda təcavüzkara qarşı kəskin nifrət hissələri oyadıb.

Mərasim iştirakçıları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, təbliği işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində bundan sonra da Azərbaycan xalqının yanında olacaqlarını bildirib, insanlığın əleyhinə yönəldilmiş Xocalı soyqırımı kimi son dərəcə ağır bir hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini tezliklə alacağına əminliklərini vurğulayıblar.

Milli Müdafiə Universiteti rektorunun müavini general-mayor Celalettin Bacanlı polkovnik Abdulla Qurbanini 15 ildən çoxdur ki, tanıdığını, yaradıcılığına yaxından bələd olduğunu qeyd edərək, onun Vətən qarşısındakı xidmətlərini və bugünkü tarixi faktlara əsaslanan geniş və əhatəli çıxışını yüksək dəyərləndirib. C.Bacanlı nəzərə çatdırıb ki, A.Qurbani hələ 2005-ci ildə nəşr olunmuş “Qar bəbirləri” kitabında onun xidmətləri barədə də kifayət qədər məlumat verib, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlərini oxuculara təqdim edib.

Mərasimin sonunda Milli Müdafiə Universitetinin rektoru, Osmanlı tarixinin görkəmli tədqiqatçısı, əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş professor-doktor Erhan Afyoncu çıxış edərək təqdimatların yüksək səviyyədə təşkilinə göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova və təqdimatçı zabitə rəhbərlik etdiyi universitetin kollektivi adından minnətdarlıq edib və polkovnik Abdulla Qurbanini təşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırıb.

Professor-doktor E.Afyoncu müəllifi olduğu “Osmanlı tarixi” adlı kitaba avtoqraf yazaraq onu Azərbaycanın Müdafiə nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi