Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan
Hərbi
1172
16 Noyabr , 2021 20:30
Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub
0 : 00
0 : 00

Noyabrın 16-da Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi