Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəyə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.
Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.







