Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə hazırlıqlar davam edir

Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə hazırlıqlar davam edir Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirakı ilə “Qış təlimi-2021” adlı təlimlərə hazırlıqlar davam edir.
Hərbi
1 Fevral , 2021 16:33
Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə hazırlıqlar davam edir

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə “Qış təlimi-2021” adlı təlimlərə hazırlıqlar davam edir.

“Report” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi tvitter səhifəsində bununla bağlı video paylaşıb.

“Fevralın 1-dən 12-dək Qarsda keçirəcəyimiz “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlar davam edir. Hərbçilərimiz ortaq manevr çərçivəsində minaatanlardan atışlar gerçəkləşdiriblər”, - Nazirlikdən bildirilib.

Təlimlər Türkiyə-Azərbaycan birləşmiş taborlarının iştirakı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi