Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib

Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər. Təlimin planına əsasən şərti düşmənin qırıcı avia
Hərbi
385
15 Sentyabr , 2021 12:33
Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib.

Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Təlimlər davam edir.

Son xəbərlər

Orphus sistemi