“TurAz Qartalı-2020” taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir

“TurAz Qartalı-2020” taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir. Mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib. Təlimlərdə iştira
Hərbi
7 Avqust , 2020 19:10
“TurAz Qartalı-2020” taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir

Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir. Mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.

Son xəbərlər

Orphus sistemi