Tərtərdə tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Tərtərdə tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib ANAMA tərəfindən 150 kv.m ərazi yoxlanılıb
Hərbi
9 Dekabr , 2016 13:47
Tərtərdə tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Tərtər rayonunda otlaq sahəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata əsasən, rayonun Şıxarx kəndi ərazisində yerləşən otlaq sahəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək yerində zərərsizləşdirilib.

ANAMA tərəfindən 150 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik aprelin 7-dən dekabrın 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirib, 4017 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi