Zakir Həsənov: "Təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir" - FOTO

Zakir Həsənov: "Təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir" - FOTO ​İctimaiyyət nümayəndələri irimiqyaslı təlim iştirakçıları ilə görüşüb
Hərbi
9 Aprel , 2015 13:51
Zakir Həsənov: Təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir - FOTO

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlərə cəlb edilən şəxsi heyətlə Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonun Ağsaqqallar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Qadınlar Şurasının və digər ictimai qurumların nümayəndələrinin görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim poliqonunda rayon fəalları ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək bu tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə qısa bir müddət ərzində xeyli iş görüldüyünü xüsusi qeyd edən nazir, əsgər və zabitlərin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrimizin təminatından, əsgər və zabitlərin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər.

Sonda Gəncə Qarnizon Zabitlər Evi və Şəmkir hərbi birliyinin özfəaliyyət kollektivinin birgə iştirakı ilə konsert proqramı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi