Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır

Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib. Tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərini
Hərbi
28 İyul , 2022 15:16
Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Son xəbərlər

Orphus sistemi