Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Suraxanı rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, müharibə veteranlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin və çağırışçıların valideynlərinin iştirakı ilə keçirilən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən xüsusi video-çarx təqdim olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində müxtəlif proqramların icra edildiyini bildirib, təmsil etdiyi qurumun fəaliyyəti və reallaşdırılan layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Çağırışçı valideyni Zakir Kazımov əsgər atası olmağı ilə qürur duyduğunu söyləyib.
Çağırışçılar adından çıxış edən Rüfət Kazımov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini deyib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestri və bədii kollektivinin, vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının və rayonun 118 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.
Sonda səhnəyə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib və çağırışçılar bayrağı öpərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla təyin olunduqları hərbi hissələrə yola düşüblər.







