Soyqırımın 100 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Soyqırımın 100 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir Şəxsi heyət Quba Soyqırımı Memorial Kompleksini ziyarət edir
Hərbi
29 Mart , 2018 10:51
Soyqırımın 100 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Bakı. 29 mart. REPORT.AZ/ 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri icra olunur.

Hərbi hissələrdə soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilir, kitab, foto və rəsm sərgiləri təşkil olunur, sənədli və bədii filmlər nümayiş etdirilir.

Bundan əlavə, şəxsi heyət Quba Soyqırımı Memorial Kompleksini, eləcə də Bakıda və respublikanın digər şəhər və rayonlarında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edirlər.

Son xəbərlər

Orphus sistemi