Bakı. 20 sentyabr. REPORT.AZ/ Ordu quruculuğunun elmi əsaslarla, elmi-texniki yeniliklərin tətbiqi ilə inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Elm və tədrisin vəhdəti: nəzəriyyədən praktikaya” mövzusunda elmi-praktik konfrans keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə xüsusi təyinatlı təhsil müəssisələrinin və Nazirliyin müvafiq idarələrinin nümayəndələri iştirak edib.
Çıxış edənlər hərb elminin inkişafı, hərbi-texniki nailiyyətlərin tətbiqi və görülməsi zəruri olan tədbirlərdən danışıblar.
Hərbi-elmi nailiyyətlərin praktikaya tətbiqi istiqamətində mövcud problemlərin sistemləşdirilməsi, aradan qaldırılması ilə bağlı təşkil edilən konfransın xüsusi təyinatlı təhsil müəssisələrində davam etdiriləcəyi bildirilib.