Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib Metsamor AES ilə bağlı real vəziyyət, onun regional təhlükəsizliyə təhdidi və s. məsələlərlə bağlı elmi məruzələr dinlənilib və diskusiyalar aparılıb
Hərbi
19 May , 2016 18:55
Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib

Bakı. 19 may. REPORT.AZ/ NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" istiqamətində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyası arasında birgə "Təhlükəsizlik və müdafiənin müasir çağırışları" mövzusunda birbaşa bağlantı ilə beynəlxalq elmi konfrans keçirilib.

Konfransda G.S.Rakovski adına Hərbi Akademiyanın rektoru general-mayor Todor Dotçev, professor-müəllim heyəti, dinləyicilər və qonaqlar, eləcə də Silahlı Qüvvələrimizin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, professor-müəllim heyəti və adyunktları iştirak ediblər.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi aspektlər və mövcud vəziyyət" mövzusunda məruzə ilə çıxış edən Hərbi Akademiyanın dosenti S.Sadıyev Qarabağın tarixi Azərbaycan torpaqları olması, erməni vandalizmi, bu məsələlərə beynəlxalq hüququn münasibəti, eləcə də 2-5 aprel tarixlərində döyüş əməliyyatlarını zəruri edən amilləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Metsamor AES ilə bağlı real vəziyyət, onun regional təhlükəsizliyə təhdidi, o cümlədən hərb elminin digər aktual problemlərinə həsr olunmuş elmi məruzələr dinlənilib və diskusiyalar aparılıb.

Onlayn rejimdə keçirilən konfrans yüksək qiymətləndirilib və bundan sonra da birgə tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

Son xəbərlər

Orphus sistemi