​Silahlı Qüvvələrin Baş Klinik Hospitalında iki uğurlu cərrahi əməliyyat həyata keçirilib

​Silahlı Qüvvələrin Baş Klinik Hospitalında iki uğurlu cərrahi əməliyyat həyata keçirilib Vasif Xanışov və Elman Muradzadənin müalicəsi uğurla başa çatdırılaraq kafi vəziyyətdə evlərinə buraxılıb
Hərbi
9 Yanvar , 2015 18:45
​Silahlı Qüvvələrin Baş Klinik Hospitalında iki uğurlu cərrahi əməliyyat həyata keçirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ağır miokard infaktı diaqnozu ilə daxil olan xəstə Vasif Xanışova Hospitalın Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.

"Report"un Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəstə hərbi tibb müəssisəsinə təxliyə olunduqdan sonra onun üzərində təcili anjioqrafik müayinə və aorta koronar şuntlama əməliyyatı icra olunub. Xəstənin həyati təhlükəsi aradan qaldırılaraq müalicəsi uğurla davam etdirilib və hospitaldan bu gün kafi vəziyyətdə evinə buraxılıb.

Digər bir xəstə Elman Muradzadə isə "hər iki ağciyər arteriyasının ağır (massiv) tomboemboliyası və sol aşağı ətrafın bütün venalarının tamamən trombozu" diaqnozu ilə ağır vəziyyətdə hospitalın Ürək-Damar Mərkəzinə təxliyə olunub.

Xəstəyə ağciyər tromboemboliyasında dünyada ən müasir müalicə üsulu olan gücləndirilmiş ultrasəs dalğaları və selektiv trombolizis proseduru həyata keçirilərək (EKOS) ağciyərdəki və aşağı ətrafdakı tromblar 18 saat ərzində əridilərək uğurlu nəticə əldə edilib.

Müalicəsi uğurla başa çatdırılan E.Muradzadə də kafi vəziyyətdə evinə yazılıb.

Son xəbərlər

Orphus sistemi