Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olur
Hərbi
20 Mart , 2017 11:08
Silahlı Qüvvələrdə Açıq qapı günü keçirilir

Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11:00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

"Report"un məlumatına görə, Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olur, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

Son xəbərlər

Orphus sistemi