​Silahlı Qüvvələr günü ərəfəsində kimyaçılar cəbhə bölgəsində əsgərlərlə görüşüblər

​Silahlı Qüvvələr günü ərəfəsində kimyaçılar cəbhə bölgəsində əsgərlərlə görüşüblər Kimyaçıların gətirdikləri bayram sovqatları hərbi hissəyə təqdim olunub.
Hərbi
21 İyun , 2016 16:00
​Silahlı Qüvvələr günü ərəfəsində kimyaçılar cəbhə bölgəsində əsgərlərlə görüşüblər

Bakı. 21 iyun. REPORT.AZ/ 26 iyun -  Silahlı Qüvvələr günü ərəfəsində Sumqayıt kimyaçıları – “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları sərhədyanı bölgələrdə xidmət edən əsgərlərə baş çəkmək, onlarla söhbətləşmək və bayram sovqatları təqdim etməklə onların yüksək əhval-ruhiyyəsinə, sarsılmaz döyüş əzminə daha bir xoş əhval-ruhiyyə əlavə etmək məqsədilə Ağdam rayonundakı N saylı hərbi hissəyə gəliblər.

"Report" xəbər verir ki, tədbirdən əvvəl Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov və ictimaiyyət nümayəndələri əsgərlərin kazarmalarına baş çəkərək, onların məişət şəraitləri ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində çıxış edən millət vəkilləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları Silahlı Qüvvələr günü münasibətilə zabitləri, gizirləri və əsgərləri təbrik edib. Qeyd olunub ki, son dövrlər cəbhə bölgəsində baş verən hadisələr, Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut edib. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoyub. Bu da bir daha onu göstərir ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt hərbi yolla işğalçılardan azad etmək üçün həm hərbi potensiala, həm də güclü iradəyə sahibdir.

Tədbirin bədii hissəsində əsgərlərə “Kimyaçı” Mədəniyyət sarayının bədii özfəaliyyət kollektivlərinin solistlərinin, incəsənət ustalarının, bədii qiraətçilərin ifasında vətənpərvərlik ruhlu mahnılar və şeirlər təqdim olunub. Tədbirdə həmçinin kimyaçıların ailə üzvlərinin əsgərlərə ünvanladığı çoxsaylı məktublardan sətirlər səsləndirilib.

Kimyaçıların gətirdikləri bayram sovqatları hərbi hissəyə təqdim olunub.

N saylı hərbi hissənin komandanlığı göstərilən diqqət və qayğıya və bayram günündə onlarla birlikdə olduqlarına görə SOCAR rəhbərliyinə, o cümlədən kimyaçılara və Sumqayıt ictimaiyyətinin nümayəndələrinə şəxsi heyət adından minnətdarlığını bildirib.

Sonda nümayəndə heyəti əsgərlərlə birlikdə əsgər yeməkxanasında nahar ediblər.  

Son xəbərlər

Orphus sistemi