Azərbaycan və Rusiya müdafiə nazirləri arasında görüş olub

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında görüş olub Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də Xəzər regionunun təhlükəsizliyi məsələləri müzakirə edilib
Hərbi
150
15 Avqust , 2016 13:47
Azərbaycan və Rusiya müdafiə nazirləri arasında görüş olub

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də Xəzər regionunun təhlükəsizliyi məsələləri müzakirə olunub.

Z.Həsənov deyib ki, S.Şoyqunun səfəri Azərbaycanla Rusiya arasında hərbi və hərbi-texniki əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb edir. 

"Hesab edirəm ki, regionda və Yaxın Şərqdə təhlükəsizliklə bağlıl vəziyyəti müzakirə etmək imkanımız olacaq. Bundan əlavə, hərbi və hərbi-texniki əməkdaşlıq proqramında bəzi məsələlər düzəlişlər tələb edir. Bu məsələlər üzrə çıxış yolu tapacağımıza əminəm", - deyə S.Şoyqu bildirib.

Onun sözlərinə görə, tərəflər eyni zamanda təhlükəsizlik üzrə birgə işlər baxımından Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə ediblər. "Ümid edirəm ki, ötən il hazırladığımız plan və proqramlar tam şəkildə həyata keçiriləcək", - deyə rusiyalı nazir vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Son xəbərlər

Orphus sistemi