​Şəmkirdə hərbi hissənin yaranma günü qeyd olunub

​Şəmkirdə hərbi hissənin yaranma günü qeyd olunub Hərbi hissə komandirinin bayram əmri ilə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib
Hərbi
287
4 May , 2015 20:12
​Şəmkirdə hərbi hissənin yaranma günü qeyd olunub

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Şəmkir şəhərində yerləşən hərbi hissənin yaranma günü münasibətilə tədbir keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iştirakçılar əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və çiçəklər qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbiri açıq elan edən general-leytenant Rövşən Əkbərov çıxış edərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatırıb.

Mərasimdə polkovnik Elşad Əbilov hərbi hissənin yaranması və döyüş yolu barədə məruzə edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər natiqlər çıxış edərək hərbi hissənin qazandığı uğurları yüksək qiymətləndirərək şəxsi heyəti təbrik ediblər.

Hərbi hissə komandirinin bayram əmri ilə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Hərbi qulluqçuların nümunəvi çıxışı tədbir iştirakçiları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bayram mərasimi hərbi hissədə yerləşən əsgər klubunda respublikanın əməkdar artistləri Azərin və İlqar Muradov, o cümlədən Gəncə Qarnizonu Zabitlər evinin musiqi kollektivinin iştirakı ilə keçirilən konsert proqramına baxışla başa çatıb.

Son xəbərlər

Orphus sistemi