Şəmkirdə əl qumbarası tapılıb

Şəmkirdə əl qumbarası tapılıb ANAMA ərazidə digər təhlükəli əşya və qurğu aşkar etməyib
Hərbi
31 İyul , 2017 19:06
Şəmkirdə əl qumbarası tapılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Şəmkir rayonu Bayramlı kəndi ərazisində təcili təxirəsalınmaz əməliyyat keçirib.

Agentlikdən "Report"a verilən məlumata görə, iyulun 31-i saat 11:48-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Şəmkir rayonu, Bayramlı kəndi ərazisində F-1 əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Bayramlı kənd yolunun kənarına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 100 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi