Səlcuq Bayraktar: “Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb"

Səlcuq Bayraktar: “Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb" “Türk orduları PUA-larla ilk savaşı Qarabağda qazandı. Azərbaycan Prezidenti İlham Əliyev məni "Qarabağ" medlaı ilə təltif etmişdi”.
Hərbi
28 Yanvar , 2023 14:59
Səlcuq Bayraktar: “Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb

“Türk ordusu pilotsuz uçuş aparatları (PUA) ilə ilk qələbəni Qarabağda qazanıb. Müharibə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev məni “Qarabağ” medalı ilə təltif edib”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “Türkiyə əsri”nin toplantıları çərçivəsində çıxışında deyib.

O bildirib ki, “Bayraktar” dünya tarixində artıq iz buraxıb: “Bu PUA 28 ölkəyə ixrac edilib. Bizdən “Kızıl elma”dan sonra hansı PUA-nın istehsal olunacağı barədə soruşurlar. Kosmosla bağlı araşdırmalar aparmaq təşəbbüsümüzü də ortaya qoymuşuq. 35 nəfərlik komandamız addım-addım böyüyür. 5-10 ildən sonra ölkəmizin kosmosla bağlı işlərinə ciddi dəstək verəcək uğurlara imza atacağımıza inanırıq. “Fərqani” adlı kosmosla bağlı layihəmizlə bəşəriyyətə bu məsələdə də töhfə verəcəyik”.

S.Bayraktar həmçinin xatırladıb ki, “Kızıl elma” Türkiyənin ilk pilotsuz təyyarəsidir: “Beləliklə, gələcəyin savaşında inqilab olacaq. Biz PUA istehsalında uğurlarımızı bundan sonra da davam etdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi