II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib, yaylım atəşi açılıb

II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib, yaylım atəşi açılıb 27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.
Hərbi
27 Sentyabr , 2021 12:01
II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib, yaylım atəşi açılıb

27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.

"Report" xəbər verir ki, yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.

Son xəbərlər

Orphus sistemi