Son arzusuna çatan "Qalatasaray"lı şəhid kapitanımız

Son arzusuna çatan "Qalatasaray"lı şəhid kapitanımız Fotonu görən klubun prezidenti Mustafa Cengiz Fərid Dursunovun atası Fazil Dursunova zəng edərək ona başsağlığı verib və belə oğul böyütdükləri üçün təşəkkürünü bildirib.
Hərbi
25 Noyabr , 2020 11:45
Son arzusuna çatan Qalatasaraylı şəhid kapitanımız

Türkiyənin "Qalatasaray" klubunun azarkeşi olan Azərbaycan Ordusunun şəhid zabiti Fərid Dursunovun son arzusu yerinə yetirilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, şəhidin məzarı başında Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray"ın bayrağı dalğalanır. Fotonu görən klubun prezidenti Mustafa Cengiz Fərid Dursunovun atası Fazil Dursunova zəng edərək ona başsağlığı verib və belə oğul böyütdükləri üçün təşəkkürünü bildirib.

M.Cengiz Dursunovlar ailəsini klubun növbəti oyununa dəvət edib. Bunu "Report"a açıqlamasında şəhidin atası Fazil Dursunov bildirib. Onun sözlərinə görə, oğlu Fərid "Qalatasaray" fanatı olub və arzusu şəhid olarsa, məzarı başında üçrəngli bayrağımızla yanaşı, "Qalatasaray" bayrağının dalğalandırılması olub. Onun bu arzusu reallaşıb və hər iki bayraq şəhidin məzarı başında dalğalanır.

Qax rayonunun Qorağan kəndində dünyaya göz açan Fərid orta məktəbi bitirdikdən sonra sənədlərini Ali Komandirlər Məktəbinə verib. Çətinliklərə baxmayaraq, hərbçi olmaq istəyindən dönməyib. Şəhidin valideynləri onunla qürur duyduqlarını və övladlarının daim vətənpərvərliyi ilə seçildiyini qeyd edib.

Şəhid kapitanın ömür-gün yoldaşı, iki övladının anası da həyat yoldaşının arzusunu yerinə yetirdiyi üçün sevinc hissi duyur. O, özü kimi iki qəhrəman böyütdüyünü bildirib. Oğlunun ən böyük arzusu atası kimi igid, qəhrəman olmaqdır. Fəridin iki qardaşının da hərbidə xidmət etməsi və bu qələbədə onların böyük xidmətlərinin olması Dursunovlar ailəsinin qürur mənbəyinə çevrilib.

Son xəbərlər

Orphus sistemi