Vətən müharibəsindən qayıdan 2 240 şəxsin müraciətinə baxılıb

Vətən müharibəsindən qayıdan 2 240 şəxsin müraciətinə baxılıb Müdafiə Nazirliyi səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyət ilə bağlı məlumat yayıb
Hərbi
337
19 Yanvar , 2021 11:55
Vətən müharibəsindən qayıdan 2 240 şəxsin müraciətinə baxılıb
0 : 00
0 : 00

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 18-dək 2240 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 507 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 570 müraciəti yerində həll olunub.

Son xəbərlər

Orphus sistemi