Şahin Məmmədova general-leytenant hərbi rütbəsi verilib

Şahin Məmmədova general-leytenant hərbi rütbəsi verilib Kapitan Cahangir Qurbanov isə “Əməkdar artist” fəxri adına layiq görülüb
Hərbi
11 Mart , 2015 19:08
Şahin Məmmədova general-leytenant hərbi rütbəsi verilib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qafar oğlu Qurbanova “Əməkdar artist” fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi