Sabahdan "Dəniz kuboku" beynəlxalq müsabiqəsinə start veriləcək

Sabahdan "Dəniz kuboku" beynəlxalq müsabiqəsinə start veriləcək "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində Azərbaycan ərazisi sularında "Dəniz kuboku" beynəlxalq müsaviqəsinin cari ilin avqustun 25-dən sentybrın 4-dək keçirilməsi planlaşdırılır.
Hərbi
654
24 Avqust , 2020 11:52
Sabahdan Dəniz kuboku beynəlxalq müsabiqəsinə start veriləcək

"Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində Azərbaycan ərazisi sularında "Dəniz kuboku" beynəlxalq müsaviqəsinin cari ilin avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, "Dəniz kuboku" beynəlxalq müsabiqəsi Azərbaycanın Xənizindəki ərazi sularında artıq 4-cü ildir keçirilir.

Bu il Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etmir.

Avqustun 17-də "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" gəmisi Bakıya gəlib.

Azərbaycan tərəfindən müsabiqədə iştirak edəcək gəmi - "G-122" gözətçi gəmisidir. Avqustun 19-da "Dəniz kuboku" beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar və qol sarğısı təqdim edilib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, müsabiqə 6 mərhələdən ibarətdir. Mərhələlər dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarşı artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir.

Onun sözlərinə görə, müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandınının müavini, vitse-admiral Vladimir Kasatonov "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında qeyd edib ki, yarışlar hər iki ölkənin dostluq və dəniz qardaşlığının rəmzidir: "Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yarışların şərtləri ildən ilə inkişaf edir. Hesab edir ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək. Bu, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək".

Orphus sistemi