Müdafiə naziri qanunsuz erməni silahlı dəstələrinin fəaliyyətini daimi nəzarətdə saxlamağı tapşırıb

Müdafiə naziri qanunsuz erməni silahlı dəstələrinin fəaliyyətini daimi nəzarətdə saxlamağı tapşırıb Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.
Hərbi
5 Noyabr , 2022 12:18
Müdafiə naziri qanunsuz erməni silahlı dəstələrinin fəaliyyətini daimi nəzarətdə saxlamağı tapşırıb
Zakir Həsənov

Müdafiə Nazirliyində keçirilən müşqvirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.

Qeyd edək ki, noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi