Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana səfər edəcək

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana səfər edəcək Gəmi heyətinin proqram çərçivəsində futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır
Hərbi
13 Oktyabr , 2014 10:14
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana səfər edəcək
Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılır. Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi