Qubernator: "Lvov vilayətindən 20 mindən çox insan Ukrayna ordusunun sıralarına qoşulub" - EKSKLÜZİV

Qubernator: "Lvov vilayətindən 20 mindən çox insan Ukrayna ordusunun sıralarına qoşulub" - EKSKLÜZİV Lvov vilayəti müharibə şəraitində Ukraynada hərbi hissələrin formalaşmasında fəal iştirak edir. Artıq 20 mindən çox insan səfərbər edilmiş və Ukrayna ordusunun sıralarına cəlb edilmişdir.
Hərbi
15 Mart , 2022 10:39
Qubernator: Lvov vilayətindən 20 mindən çox insan Ukrayna ordusunun sıralarına qoşulub - EKSKLÜZİV

"Lvov vilayəti müharibə şəraitində Ukraynada hərbi hissələrin formalaşmasında fəal iştirak edir. Artıq 20 mindən çox insan səfərbər edilib və Ukrayna ordusunun sıralarına cəlb olunub".

Bunu Ukraynanın Lvov vilayəti Administrasiyasının rəhbəri, qubernator Maksim Kozitskiy “Report”un Şərqi Avropa bürosuna müsahibəsində deyib.

O bildirib ki, burada müdafiə zənciri qururuq: "Düşməni qarşılamağa və döyüşməyə hazırıq”.

Onun sözlərinə görə, müharibənin əvvəlindən etibarən Lvov vilayəti humanitar haba çevrilib: “Əsas vəzifəmiz ehtiyacı olanlara kömək etməkdir. Müharibədən qaçmış insanların burada özlərini təhlükəsizlikdə hiss etmələri üçün əlimizdən gələn hər şeyi edirik. Bu günə 400 mindən çox insan Lvov vilayətində yerləşdirilib. Onları yemək, əşyalar, həmçinin gecələmək üçün yerlə təmin edirik. Həmçinin 930 ukraynalı Polşa sərhəddini keçib. Onlara sərhəddə kömək edir, onları isti yer və qida ilə təmin edirik”.

Qubernator qeyd edib ki, bu yaxınlarda Lvov vilayətinin Sülhməramlı Təhlükəsizlik Mərkəzi atəşə tutulub: “Raketlər atılmışdı. Hava hücumundan müdafiə sistemi işə düşdü. Lakin hücum nəticəsində ölən və yaralananlar oldu. Məqsədimiz qalib gəlmək və bütün dünyaya hücuma tab gətirdiyimizi göstərməkdir”.

Lvov vilayətində 180 nəfərin həlak olması haqqında informasiya ilə bağlı danışan M.Kozitskiy bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Bütün bunlar Rusiya təbliğatının işidir. Rusiya yalan və fırıldaqla məşğuldur”.

Son xəbərlər

Orphus sistemi